“Qəbələ”dən növbəti transfer - RƏSMİ
“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” Turan Manafovu mövsümün sonuna kimi Cənubi Afrika Respublikasının “Stellenboş” klubundan icarəyə götürüb.
27 yaşlı sol cinah müdafiəçisi buna qədər “Olimpiakos Volos” (Yunanıstan), “Araz-Naxçıvan”, “Kəpəz”, “Qarabağ” kimi klublarda çıxış edib.
Qeyd edək ki, “Qəbələ” qış fasiləsində İsmaeel Akinade Seydina Keyta və Rza Cəfərovla da müqavilə bağlayıb.

https://qelebe.az//uploads/photo/qebeleden-novbeti-transfer-resmi.webp