"Nottinqem Forest"in hücumçusu Bundesliqa klubunda

"Nottinqem Forest"in hücumçusu Bundesliqa klubunda

"Nottinqem Forest" hücumçusu Arnaud Kalimuendonu "Ayntraxt"a icarəyə verib.

Apasport.az xəbər verir ki, bu barədə Frankfurt klubunun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir və transfer hüququ da mövcuddur.

Kalimuendo ingilis klubuna 2025-ci ilin yayında "Renn"dən 30 milyon avroya keçib. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 14 oyun keçirib və 2 qol vurub.

"Trasfermarkt" 23 yaşlı fransız futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.