“Zirə”nin futbolçusu oynadı, yığması qələbə qazandı

“Zirə”nin futbolçusu oynadı, yığması qələbə qazandı

“Zirə”nin futbolçusu Rikardo Martinsin formasını geyindiyi Mozambik yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.

QELEBE.AZ xəbər verir ki, sözügedən komanda Qabonla qarşılaşıb. 5 qolun vurulduğu matçı Mozambik qazanıb – 3:2.

Rikardi görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb.

Mozambik 2 turdan sonra F qrupunda 3 xalla 3-cü sıradadır.