Azərbaycanın qadın badmintonçusu beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın qadın badmintonçusu beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra İslandiyanın paytaxtı Reykyavikdəki “RSL Iceland International 2023” turnirində gümüş medal qazanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, mübarizəyə 1/16 final mərhələsindən başlayan Keişa ilk görüşündə ukraynalı Anna Mixalkovaya 2:1 (21-12,14-21,21-13) hesabı ilə qalib gəlib.

Badmintonçu ikinci görüşündə niderlandlı Nadia Çukrini mübarizədən kənarlaşdırıb - 2:0 (23-21,21-16)

Keişa Fatimə Zəhra 1/4 finalda danimarkalı Anna Siess ilə görüşün ilk setini (21-10) qalib başa vurub. Rəqib ikinci setdə zədə səbəbindən vaxtından əvvəl mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Yarmfinalda badmintonçu Danimarkanın digər təmsilçisi Frederike Osterqaardı 3 setin yekununda məğlub edərək finala yüksəlib – 2:1 (21-14,18-21,22-20).

Keişa həlledici görüşdə də danimarkalı badmintonçu ilə qarşılaşıb. Qarşılaşma bu dəfə də 3 set davam edib. Keişa ilk setdə rəqibinə 16-21 hesabı ilə uduzsa da, ikinci seti 21-19 hesablı üstünlüklə bitirərək görüşün taleyini son setə daşıyıb. Son setdə rəqibinə 20:22 hesabı ilə uduzan badmintonçu “RSL Iceland International 2023” gümüş medalına layiq görülüb.

Digər qadın badmintonçumuz Era Maftuha şəxsi yarışda İngiltərə və Moldovanı təmsil edən rəqiblərini məğlub edərək 1/4 finala yüksəlsə də, bürünc medalın bir addımlığında uelsli rəqibinə uduzub. Keişa Fatimə Zəhra-Era Maftuha tandemi qadın badmintonçuların qoşa yarışında Danirmarka və İslandiyanı təmsil edən badmintonçulara qalib gəlsələr də, 1/4 finalda italyan rəqiblərinə məğlub olublar.

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib