Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıdakı Böyük Dəbilqədə bürünc medal görüşünə çıxaraq qələbə qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn K.Hüseynov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

16.48

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin yarımfinalında üz-üzə gəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan Kəramət Hüseynov və Balabəy Ağayev finala gedən yolda qüvvəsini sınayıb.

Rəqibinə cərimə xalları ilə qalib gələn Ağayev adını həlledici görüşə yazdırıb. Onun rəqibi ukraynalı Dilşot Kalmatov olacaq. Hüseynov isə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşəcək.

66 kq-da çıxış edən Orxan Səfərov yarımfinalda moldovalı Denis Vyeruya uduzub. O, bürünc medal görüşünə çıxacaq. Eyni çəkidə yarışan Kamran Süleymanov isə təsəlliverici qarşılaşmada məğlub olaraq, medalsız qalıb.

15:00

Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcək.

Mübarizəyə 1/8 finaldan başlayan Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan), Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. İki cüdoçu finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.

Səfərov isə yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.

66 kq-da yer alan digər Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışı medalsız başa vurub.

Fərdi
Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Fərdi
Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib