Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

"Rusiya və Belarus cüdoçuları özləri beynəlxalq yarışlarda iştirak etmirlər. Biz də onların bu qərarı ilə razılaşmışıq".

Bunu Avropa Cüdo Birliyinin (EJU) yeni prezidenti Laslo Tot "QELEBE.AZ"un Çexiyanın paytaxtı Praqaya ezam olunmuş əməkdaşına müsahibəsində Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmaması barədə danışarkən deyib.

Macarıstanlı funksioner bildirib ki, EJU iki ölkə idmançılarına hər hansı qadağa qoymayıb: "Artıq bir dəfə - Monqolustandakı yarışa qatılıblar. Bu isə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir idi. Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarını gözləyirik. Bizim Rusiya Cüdo Federasiyası və Belarus Cüdo Federasiyası ilə centlmen anlaşmamız var. Avropa səviyyəli yarışlarda iştirak etməmək onların şəxsi qərarıdır. Yəni, biz tərəfdən bu ölkələrin idmançıları ilə bağlı diskvalifikasiya qərarı yoxdur".

Onun sözlərinə görə, Rusiya və Belarus cüdoçularının yoğluğunda gənclər arasında Avropa çempionatı tam rəqabətli keçməyib: "Bizim üçün hər bir ölkə vacibdir. İnanıram ki, cüdo yenidən əvvəlkitək hamını birləşdirəcək. Sözügedən ölkələrdə də bu idman növü yüksək səviyyədə inkişaf edib. Bəlkə də bu yarışda iştirak etsəydilər, medal sıralaması fərqli olardı".

Bu ilin iyunundan Avropa Cüdo Birliyinə rəhbərlik edən L.Tot rusiyalı sələfi Sergey Soloveyçikin istefaya göndərilməsinin Ukraynadakı müharibə ilə bağlı olmadığını söyləyib: "Ondan sonra EJU-ya müvəqqəti prezident təyin olundu. Daha sonra İcraiyyə Komitəsinin, ardınca isə iyunun 18-də EJU-nun növbədənkənar konqresi keçirildi və mən 2 il müddətinə qurumun prezidenti seçildim. Bu, Soloveyçikin şəxsi qərarı idi. Müharibə başladıqdan sonra məlumat aldıq ki, vəzifəsindən ayrılmaq istəyir".

Laslo Totun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Fərdi
Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb