"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda ilk günün qalibləri müəyyənləşib.

"QELEBE.AZ"un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan birinci mərhələdə 200 metr məsafəyə kayak və kanoe yarışlarında medalçılar müəyyənləşib.

2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb. Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb. Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında bolqarıstanlı Georgi Milev birinci yeri tutub. Vadim Baranov gümüş, Vasil Çilingərov bürünc medal qazanıb.

Eyni yaş kateqoriyası üzrə 1 nəfərlik kayak yarışında Azərbaycan avarçəkıni Maarif Qarayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aleksey Kolobov (İtaliya) 2-ci, Denis Mençiski (Polşa) 3-cü yeri tutub.

2005-2006-cı il təvəllüdlü qızlar arasında 1 nəfərlik kayakda türkiyəli Hilal Şimşək bütün rəqiblərinə qalib gəlib. Azərbaycan avarçəkəni Darina Həsənova isə gümüş medalla kifayətlənib.

2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında moldovalı Dumitru Paskari (Moldova) qızıl, Sənan Məmmədov gümüş, gürcüstanlı Giorgi Ekaladze (Gürcüstan) bürünc medala sahib çıxıb.

Bu yaş kateqoriyası üzrə qadınların 1 nəfərlik kayak yarışında türkiyəli Karvan İşılsu 1-ci, moldovalı Tatyana Karardjikova 2-ci, qazaxıstanlı Veronika Trapeznikova 3-cü yeri tutub.

2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kayak yarışında gürcüstanlı Sandro Tezalaşvili (Gürcüstan) hamını qabaqlayıb. İsmayılzadə Riad gümüş, Arif Həsənov bürünc medal qazanıb.

2009-2010-cu il təvəllüdlü oğlanların 1 nəfərlik kayak yarışında Nihad Rəhimov qızıl medal əldə edib. Polşalı Maksim Minçinski 2-ci, bolqarıstanlı Vasil Primyov 3-cü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların iki nəfərlik kayak qayığı ilə mübarizəsində türkiyəli Taha Erkam Usta - Muhammed Emin Sulak cütlüyü 1-i yerin sahibi olub. Ramil Mustafayev - Refət Rəhimov cütlüyü gümüş, Anar İsmayılov - Fərid Məmmədov cütlüyü isə bürünc medal qazanıb.

2009-2010 təvəllüdlü qızların 1 nəfərlik kayak yarışında gürcüstanlı Mariami Giutaşvili fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu kateqoriyada cəmi 2 idmançı mübarizə aparıb.

Bu yaş kateqoriyası üzrə oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında İbrahim Məmmədzadə - Nihad Rəhimov cütlüyü 1-ci, Kənan Məmmədov - Vacib Babayev cütlüyü 2-ci, Ömər Qəmərli - İvan Vorobjanski cütlüyü isə 3-cü olub.

Nəhayət, 2007-2008-ci il təvəllüdlü oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında Riad İsmayılzadə - Rəşad Dadaşov cütlüyü qızıl, Sandro Tezalaşvili - Tristan Tiginaşvili (Gürcüstan) cütlüyü gümüş, Nihad Quliyev - Qiyaz Əhmədov cütlüyü isə bürünc medala sahib çıxıb

Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

11:49

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda ilk qalib müəyyənləşib.

"QELEBE.AZ"un məlumatına görə, Suqovuşanda təşkil olunan turnirdə 2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb.

Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb.

Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.

11:38

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na start verilib.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan ilk yarışda əvvəlcə idmançıların nümunəvi keçidi, ardınca isə iştirakçı ölkələrin rəsmi paradı baş tutub.

Reqatada Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edir.

Reqata kişilər arasında 1 nəfərlik qayıqda 200 metr məsafəyə yarımfinal yarışı ilə start götürüb.

Bu gün kayak və kanoe növlərində qaliblər müəyyənləşəcək.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər