Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 72 kq-da çıxış edən Qurban Qurbanov yarımfinalda ukraynalı İrfan Mirzoyevi 7:1 hesabı ilə məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

18:56

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qırğızıstanlı Nurmuhammet Abdullayevlə qarşılaşıb.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn Məmmədli adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi türkiyəli Kerem Kamal olacaq.

17:19

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 60 kq-da Nihat Məmmədli və 72 kq-da Qurban Qurbanov finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Məmmədli ardıcıl olaraq, Oljas Sultan (Qazaxıstan), Sumit Sumit (Hindistan) və Vladislav Kuzkoya (Ukrayna) qalib gəlib. İdmançı bu raundda Nurmuhammet Abdullayev (Qırğızıstan) ilə qarşılaşacaq.

Qurbanov isə yarımfinaladək Yanis Nifri (Fransa), Randel Uibo (Estoniya) və Amir Abdini (İran) məğlub edib. O, finala gedən yolda İrfan Mirzoyevi (Ukrayna) sınağa çəkəcək.

Qeyd edək ki, bu gün həmçinin 55 kq-da yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.

63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Fərdi
Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Fərdi
Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
"Ocaq Sport" klubunun məşqçisi: "Gimnastlarımızla fəxr edirik"

"Ocaq Sport" klubunun məşqçisi: "Gimnastlarımızla fəxr edirik"

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır