Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb.

MOK-un mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, qurumun vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşüb.

Ç.Hüseynzadə ilə görüşə gələn Cahid Bağçı “Konya-2021” İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının fəal iştirakına görə təşəkkürünü bildirib. “Konya-2021” İslam Həmrəyliyi Oyunlarında qazandığınız uğur qardaş ölkə olaraq bizi sevindirir” deyən səfir Azərbaycan idmançılarının peşəkarlığını yüksək qiymətləndirdiyini vurğulayıb. İslam Həmrəyliyi Oyunlarında izlədiyi yarışlardan danışan Cahid Bağçı Azərbaycanda gimnastika və kikboksinq üzrə istedadlı idmançıların yetişdiyini qeyd edib:

“Uşaqlıqda güləşlə məşğul olurdum, ona görə də güləşə xüsusi marağım var. Konyada Türkiyə ilə Azərbaycan güləşçiləri qarşılaşanda kimin qalib gəlməsindən asılı olmayaraq, nəticəyə sevinirdik, bir-birimizi təbrik edirdik”. Səfir onu da əlavə edib ki, Türkiyə komandalarını Azərbaycanda təlim-məşq toplantılarına göndərməkdə maraqlıdır: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir, həm bütün idman növləri üzrə infrastruktur yüksək səviyyədədir, həm də iqlimi çox gözəldir”.

Ç.Hüseynzadə Türkiyənin təşkil etdiyi “Konya-2021” İslam Həmrəyliyi Oyunlarından sonra İslam Həmrəyliyi Hərəkatının yeni bir mərhələyə keçdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İslam Həmrəyliyi Hərəkatı yalnız İslam ölkələri arasında yox, həm də beynəlxalq arenada təsdiqini tapıb: “Konyada Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu ilə İslam Həmrəyliyi Oyunlarının təşkil olunması haqqında fikir mübadiləsi apardıq. Biz belə tədbirin təşkilatçılığının çətinliklərini bilirik, çünki özümüz təşkil etmişik. Düşünürəm ki, Türkiyə bu məsuliyyətli işin öhdəsindən gəldi”.

Çingiz Hüseynzadə Türkiyə Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığı da xatırladıb. O bildirib ki, 30 il ərzində Milli Olimpiya Komitələri arasındakı əməkdaşlıq artıq dostluq səviyyəsinə keçib. O, növbəti İslam Həmrəyliyi Oyunlarına hansı ölkənin ev sahibliyi edəcəyi haqqında hələ danışıqlar aparıldığını və yekun qərarın verilmədiyini də qeyd edib. Görüşdə idman sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

Fərdi
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var