Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ilk dəfə pilot layihə olaraq ancaq qız idmançıların cüdo ilə məşğul olduğu klubun yaradılmasına dəstək verilib.

ACF-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əhmədli qəsəbəsində fəaliyyət göstərən klubda hazırda 40 nəfər yeniyetmə qız ödənişsiz olaraq bu idman növü ilə məşğul olur.

Dərslər dünya və Avropa mükafatçısı Kifayət Qasımova, həmçinin, paracüdo üzrə dünya və paraolimpiya çempionu Afaq Sultanova tərəfindən keçilir.

Qasımovanın sözlərinə görə, klubda qızların yüksək səviyyədə cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb: “Artıq qısa zamanda cüdo ilə məşğul olan qızların sayını artırmışıq. Klubun sırf qızlar üçün olması böyük üstünlükdür. Valideynlər bu təşəbbüsü çox yaxşı qarşılayırlar, həmçinin qızlar özünü məşq zamanı rahat hiss edirlər. Azərbaycan Cüdo Federasiyasına yaradılan imkana görə təşəkkür edirik. İnanırıq ki, yaxın gələcəkdə regionlarda da bu cür cüdo klublar və məktəblər fəaliyyətə başlayacaq".

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri ölkədə qızlar arasında cüdo idman növünün kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların təmsilçiliyini artırmaqdır.

Fərdi
Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Fərdi
Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub