Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub

Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxıb.

Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:4 hesabı ilə məğlub olub.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda keçirilib.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.