Qelebə.az / Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub

Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub

1-12-2025, 17:06

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxıb.

Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:4 hesabı ilə məğlub olub.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda keçirilib.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.

Geri qayıt