FHN-in karate komandası növbəti uğur qazanıb

FHN-in karate komandası növbəti uğur qazanıb

Yanvarın 20-22-də Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası və Arpaçay karate klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 7-ci “Arpachay Open” Beynəlxalq Karate Turniri keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, turnirdə 6 ölkə (Azərbaycan, Rusiya, Küveyt, Qazaxıstan, Özbəkistan, Çexiya) olmaqla 650-dən çox idmançı mübraizə apararaq öz qüvvəsini sınayıb. Yarışda 30 idmançı ilə təmsil olunan FHN-nin İdman-sağlamlıq klubunun karate komandası məşqçi müəllimlər Coşqun Sadıqov, Bilal Məmmədov və Akif Kərimovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, kumite yarışlarında qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaq və yeniyetmələrdan ibarət idmançıları +40 kq çəki dərəcəsində Malik Məmmədli, -45 kq çəki dərəcəsində Sadiq Bağırov, -52 kq çəki dərəcəsində Əli Səfərov yarışın qızıl, -42 və -47 kq çəki dərəcələrində Fatma Hacıyeva, -40 kq çəki dərəcəsində Zeynal Məmmədzadə, -30 kq çəki dərəcəsində Nəzrin Şahməmmədli yarışın gümüş, -25 kq çəki dərəcəsində Ramal Şahməmmədli, -30 kq çəki dərəcəsində Sahil Nurəliyev, -61 kq çəki dərəcəsində Mədinə Baratzadə və +70 kq çəki dərəcəsində Əli Ramazanlı yarışın bürünc medalının sahibi olublar.

Bundan əlavə böyüklər arasında kumite yarışlarında -75 kq çəki dərəcəsində Nicat Kərimli, -84 kq çəki dərəcəsində Ehram Quliyev yarışın qızıl medalını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. +84 kq çəki dərəcəsində Ehram Quliyev gümüş, -60 və + 60 kq çəki dərəcələrində isə Mərhəmət Qasımov yarışın bürünc medalına yiyələniblər. Turnirdə ümumilikdə FHN-in karate komandası 5 qızıl, 5 gümüş və 6 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Arpaçay karate klubunun diplom və medalları təqdim olunub.

Yanvarın 24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edilib ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 56 komanda mübarizə aparacaq

Boks üzrə Azərbaycan çempionatında 56 komanda mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları açıq Niderland çempionatında iştirak edəcək

Döyüş növləri
Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Döyüş növləri
Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Döyüş növləri
Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb