Qurban Qurbanov: "Çelsi" ilə oyuna pis hazırlaşmamışıq, futbolçularıma güvənirəm

Qurban Qurbanov: "Çelsi" ilə oyuna pis hazırlaşmamışıq, futbolçularıma güvənirəm

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində “Çelsi” ilə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunun maraqlı olacağını bildirib.

Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Dəfələrlə qeyd etmişdim, belə matçlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq”, - o deyib.

Qurban Qurbanov “Çelsi”nin Bakıda məşq etməyəcəyi, eyni zamanda, rəqibin bəzi aparıcı oyunçuları olmaması məsələsinə münasibət bildirib:Belə hallar çox olur. Maraqlansaq, onlar bu rejimdə çox oynayıblar. Belə komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmamalıdır. Özümüz də belə hallar yaşamışıq. İndi “Çelsi”nin məşq etməməsi bizim üçün əlavə üstünlük yaratmamalıdır. Yəni, bu məqamı nəzərə alıb, hansısa rahatlıq tapmalı deyilik.

Belə böyük komandaların bir-iki oyunçusunu müzakirə etmək olmaz. Böyük klublardır və böyük hədəfləri var. Bir oyunçu yoxdur, ikisi var. Onların heyəti çox genişdi. Sadəcə onlarda xırda detallar axtarmalı deyilik. Daha çox onların oyun sisteminə uyğunlaşmalıyıq.

“Qarabağ”ın baş məşqçisi qeyd edib ki, böyük klublara qarşı qalibiyyət çox önəmlidir: Bu cür oyunlar böyük stimuldur. İngiltərə təmsilçilərinə qarşı qələbəmiz yoxdur, xal da qazanmamışıq. İngiltərə Premyer Liqası tamam başqa səviyyədir, dünyanın ən güclü liqasıdır. Bütün futbol ölkələrini üstələyirlər. Belə rəqiblərə qarşı məğlub olsaq da, uduşumuz var. Əvvəl də demişəm, biz möhkəm durmağı bacarmalı, inamlı mübarizə aparmalıyıq”.

Qurban Qurbanov sabah hansı taktika ilə oynayacaqlarına da aydınlıq gətirib: “Çelsi” son dönəmlərdə rotasiyalara gedir. Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə çıxış edirlər. İki detal var ki, dəyişiklik edirlər. Sabah heyətə uyğun futbolçulara fikirlərimizi bildirəcəyik. Bu komandaların belə oyunlarda heyət dəyişməsi onlar üçün fərq etmir. Çalışacağıq ki, bildiyimizi daha yaxşı edək. Oyunun gedişatında bəzi detallardan istifadə etməyə çalışacağıq. Futbolçular bu oyundan zövq almalıdırlar.

Qurban Qurbanov demək olar start heyəti müəyyənləşdirdiyini, sabah səhər məşqindən sonra yekun qərarın veriləcəyini diqqətə çatdırıb.

O, daim hücumçu axtarışında olduqlarını, bir neçə mövqeyə oyunçu transferi düşündüklərini əlavə edib.

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

Futbol
Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Futbol
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
"AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri

"AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Futbol
Danimarka Tunislə bərabərə qalıb

Danimarka Tunislə bərabərə qalıb