“Yunayted” dördüncü liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI
İngiltərə Liqa Kubokunda II turun oyunları başa çatıb
QELEBE.AZ xəbər verir ki, “Mançester Yunayted” səfərdə dördüncü liqa komandası “Qrimsbi” ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan matçda qalib penaltilər seriyasında müəyyənləşib. Burada 12:11 hesabı ilə daha dəqiq oynayan ev sahibləri növbəti mərhələyə yüksəlib.
“Everton” isə öz meydanında III Liqada çıxış edən “Mensfayld” ilə üz-üzə gəlib. Premyer Liqa təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

https://qelebe.az//uploads/photo/yunayted-dorduncu-liqa-klubuna-meglub-oldu-mubarizeni-dayandirdi.webp