Azərbaycan millisinin sabiq məşqçisi: "Premyer Liqanın ilk 3-4 turunda sürpriz nəticələr qeydə alına bilər"

Azərbaycan millisinin sabiq məşqçisi: "Premyer Liqanın ilk 3-4 turunda sürpriz nəticələr qeydə alına bilər"

Azərbaycan Premyer Liqasının ilk 3-4 turunda sürpriz nəticələr qeydə alına bilər.

Bunu "QELEBE.AZ"a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 2025/2026 mövsümünün I turunda qeydə alınan nəticələri dəyərləndirib:

"Çempionat təzə başlayıb. Komandaların əsas performansını görmək mümkün deyil. Lakin bəzi komandalardan gözləntilər yüksək idi. İlk 3-4 turda bəzi klubların çıxışına təəccüblənməməliyik. Onlar toparlanana qədər vaxt lazımdır. Yəni ilk 3-4 turda sürpriz nəticələr qeydə alına bilər. Həmin müddət başa çatdıqdan iddialılar və autsayderlərin siyahısı bəlli olacaq".

O, cari mövsüm "Neftçi"dən gözləntilərin böyük olacağını söyləyib:

"Hər kəsin gözü "Neftçi"nin üzərində idi. Lakin komanda yenə istənilən nəticəni qazana bilmədi. Nəzərə almaq lazımdır ki, yay toplanışını xarici ölkədə keçiblər və lazımi qədər vaxtları olub. Heyətin yarıdan çoxu yenilənib. Lakin gəlin tələsməyək, hər şey qarşıdakı həftələrdə bilinəcək. "Şamaxı" da "Neftçi"yə qarşı pis çıxış etmədi, istəkli oynayırdılar. Amma "Neftçi" rəqibini üstələyə bilmədi".

A.Əsədov çempionatın debütantlarının bu mövsüm Premyer Liqada yerlərini qorumağa çalışacaqlarını bildirib:

"Çempionata yeni qatılan komandaların - "Qəbələ", "İmişli" və "Karvan-Yevlax"ın Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlarını düşünürəm. Hətta bu siyahıda "Kəpəz" də olacaq. Adını çəkdiyim kollektivlər arasında ən yaxşı vəziyyətdə olanı "Qəbələ"dir. Təbii ki, bu mənim şəxsi fikrimdir. Bir neçə tur sonra hansı komandanın nəyə qadir olacağı görünəcək".

Qeyd edək ki, Misli Premyer Liqasının 2025/2026 mövsümünün I turunda "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı", "Karvan-Yevlax" - "Qəbələ" və "Zirə" - "Araz-Naxçıvan" matçlarında heç-heçə (1:1) qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Futbol
Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”