Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Felipe Santos peşəkar karyerasına 2014-cü ildə Braziliyanın “Paulista” klubunda başlayıb.

2018-ci ildə Avropaya yollanan yarımmüdafiəçi Sloveniyada “Ankaran” və “Maribor”un formasını geyinib. 26 yaşlı braziliyalı oyunçu 2021/2022 mövsümünü Azərbaycanda “Şamaxı”nın heyətində keçirib.

Cari mövsümün əvvəlində “Qəbələ”yə keçən hücumameyilli futbolçu hazırda “qırmızı-qaralar”ın heyətində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

“Report”un suallarını cavablandıran Felipe Santos həm mövsümün geridə qalan ilk yarısını dəyərləndirib, həm də qarşıda duran məqsədlərini açıqlayıb.

- Qısamüddətli istirahətdən sonra mövsümün ikinci yarısına tam hazırsınız?
- Ailəmlə birlikdə Braziliyada dincəldim. Cəmi bir neçə gün olmasına baxmayaraq, dincəlmək və gücümü bərpa etmək imkanım oldu.

- Ümumiyyətlə, mövsümün ilk yarısını “Qəbələ” üçün necə dəyərləndirmək olar?
- İlk yarı enişli-yüksəlişli oldu. Oyunlarda yaxşı qol imkanları yaxalasaq da, onları əldən verdik. Ancaq mövsümün ikinci hissəsində uğurlu çıxış üçün hər şeyi edəcəyik.

- 18 oyunun cəmi 7-də qələbə qazanmaq zəif göstərici deyil?
- Razıyam, komandamızın keyfiyyətinə görə zəif göstəricidir. Bunu uğurlu çıxış saymaq olmaz. Daha yaxşısını bacardığımızı bilirik.

- Bəs bunu nə ilə əlaqələndirmək olar? İlk “4-lük”dən kənarda qalmağınızın səbəbini nədə görürsünüz?
- Çempionatda yuxarı pillələrdən geri düşdük. Məğlub etməli olduğumuz rəqiblərlə oyunlarda vacib xallar itirdik. Bu da turnir cədvəli baxımından işimizi çətinləşdirdi.

- Premyer Liqada 4 heç-heçə və 7 məğlubiyyətiniz var. Hansı matçlardakı xal itkilərinə görə daha çox üzüldünüz?
- Xallar itirdiyimiz bütün oyunlar bizi məyus etdi. Rəqiblərin keyfiyyətinə bələdik. Amma daha çox görüşdə qələbə qazana bilərdik.

- Bunun fonunda Azərbaycan Kubokunda “Qarabağ” kimi rəqibi üstələdiniz. “Qəbələ”nin finala yüksəlmək və kuboku qazanmaq şansını necə qiymətləndirirsiniz?
- “Qarabağ”a qarşı kubok oyunlarında gücümüzü göstərdik. Ancaq bilirik ki, hələ heç nə qazanılmayıb. Kubokda finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik.

- “Qarabağ” və “Sabah” ölkə kubokunda mübarizəni dayandırdı. Razısınız ki, bu sizin işinizi asanlaşdırır?
- Xeyr, kubokda yoluna davam edən komandalar da iddialıdırlar. Onlar güclərini göstərərək yarımfinala yüksəliblər. Yarımfinaldakı rəqibimiz “Səbail” də “Sabah”ı mübarizədən kənarlaşdırıb. Rəqibə hörmətlə yanaşaraq, finala adlamaq üçün bütün gücümüzü ortaya qoymalıyıq.

- Qış fasiləsində “Qəbələ”nin hansı mövqelərinin güclənməyinə ehtiyac var?
- Klub rəhbərliyi yeni transferlərə ehtiyac duyulduğunu bilir. Onlardan xəbər gözləyəcəyik.

Futbol
Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Futbol
Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Futbol
KİV: "Ronaldu Səudiyyə klubu ilə müqavilə imzalayıb"

KİV: "Ronaldu Səudiyyə klubu ilə müqavilə imzalayıb"

Futbol
Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Futbol
"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır