Avropa Liqası: Pley-offun püşkü atılıb

Avropa Liqası: Pley-offun püşkü atılıb

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 24 komandadan 16-sı 8 cütlük təşkil edib.

1/8 finala vəsiqələr uğrunda mübarizədə turnirin qrup mərhələsində ikinci yeri tutanlarla Çempionlar Liqasında üçüncü pillə ilə kifayətlənənlər üz-üzə gələcək. İlk matçlar daha güclü turnirin uğursuzlarının meydanında baş tutacaq.

Püşk kuboka iki iddialını pley-offda üz-üzə qoyub. “Barselona” və “Mançester Yunayted” 1/8 finala vəsiqə üçün mübarizə aparacaq.

Pley-offun qarşılaşmaları 2023-cü ildə təşkil olunacaq. İlk matçlar fevralın 16-da, cavab görüşləri 23-də keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi

“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Yuventus” (İtaliya) - “Nant” (Fransa)
“Sportinq” (Portuqaliya) - “Midtulland” (Danimarka)
“Şaxtyor” (Ukrayna) - “Renn” (Fransa)
“Ayaks” (Niderland) - “Union” (Almaniya)
“Bayer” (Almaniya) - “Monako” (Fransa)
“Sevilya” (İspaniya) - PSV (Niderland)
“Zalsburq” (Avstriya) - “Roma” (İtaliya)

Qeyd edək ki, Avropa Liqasında qrup qalibi olan 8 komanda – “Arsenal” (İngiltərə), “Betis” (İspaniya), “Fənərbaxça” (Türkiyə), “Ferensvaroş” (Macarıstan), “Feyenoord” (Niderland), “Frayburq” (Almaniya), “Real Sosyedad” (İspaniya) və “Sent Jiloaz” (Belçika) birbaşa 1/8 finala yüksəlib.

Futbol
“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

Futbol
FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

Futbol
Milli üzvü: "Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik"

Milli üzvü: "Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik"

Futbol
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

Futbol
"Yuventus"un oyununda kütləvi dava düşüb

"Yuventus"un oyununda kütləvi dava düşüb

Futbol
Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq