Şuaybu rəsmən “Şamaxı”da
"Qəbələ"dən ayrılan Abdullahi Şuaybunun yeni komandası bəlli olub.
QELEBE.AZ xəbər verir ki, nigeriyalı futbolçu karyerasını “Şamaxı”da davam etdirəcək.
23 yaşlı hücumçu ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Qeyd edək ki, Abdullahi ötən mövsümdə “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.

https://qelebe.az//uploads/photo/shuaybu-resmen-shamaxida.webp