Azərbaycan milliləri Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcəklər

Azərbaycan milliləri Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcəklər

Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milliləri Gədəbəyə təlim-məşq toplanışında iştirak edəcəklər.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən məlumat verilib.

Ayın sonunadək dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçiriləcək təlim-məşq toplanışında idmançılar təşkil ediləcək nəzəri-praktiki məşqlərdə və təlimlərdə öz peşəkarlıq səviyyələrini yüksəldəcəklər.

Təlim-məşq toplanışına yola düşməzdən əvvəl tədbirin təşkilatçıları və idmançılarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, AzVİF rəhbərliyi yığma komandaların üzvlərinin hazırlığının artırılmasına xüsusi diqqət yetirir. Gədəbəy rayonunun təbiəti və coğrafi şəraiti isə velosipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Xüsusilə, yüksəklikdə yerləşən marşrutlar idmançıların fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da yığma üzvlərimizin oktyabrda Fransada keçriləcək Avropa çempionatına hazırlığı üçün olduqca önəmlidir.

Komanda üzvləri üçün Gədəbəy rayonunda baza ayrıldığını bildirən Sahib Ələkbərov təlim-məşq toplanışının təşkilinə verdiyi dəstəyə görə sahibkar Mübariz Bayraməliyevə federasiya adından təşəkkürünü bildirib. Öz növbəsində Mübariz Bayraməliyev deyib ki, Gədəbəydə yerləşən və bütün lazımi şəraitlə təmin edilən baza bölgədə velosiped idmanına marağın daha da atmasına şərait yaradacaq.

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb