Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qadınların yarışında son tur ərəfəsində çempion məlum olub.

Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, X turda qızlar arasında yarışan Azərbaycan təmsilçisi Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb.

Bu nəticədən sonra Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb.

Oğlanlar arasında Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində A.Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. Həmyerlimiz lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.

Fərdi
Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Azərbaycanın daha bir cüdoçusu İtaliyadakı turnirdə finala çıxıb

Azərbaycanın daha bir cüdoçusu İtaliyadakı turnirdə finala çıxıb

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bürünc medal qazanıb

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Böyük Dəbilqə: Zelim Kotsoyev qızıl medal qazanıb, Məmmədəli Mehdiyev uduzub

Böyük Dəbilqə: Zelim Kotsoyev qızıl medal qazanıb, Məmmədəli Mehdiyev uduzub

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"