"Yunayted" fransalı forvardı heyətinə qatıb

"Yunayted" fransalı forvardı heyətinə qatıb

İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda son olaraq Fransanın "Havr" klubunda forma geyinən Enzo Kana-Biyiki transfer edib.

Bu barədə Yunayted təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azad agent statusunda olan hücumçu ilə 5 illik müqavilə imzalanıb. Fransalı forvard gələn mövsümü icarə əsasında İsveçrənin "Lozan" klubunda keçirəcək.

Qeyd edək ki, 19 yaşlı Enzo "Havr"ın yetirməsidir.