"Əl-Şəbab" Fatih Terimlə vidalaşıb

"Əl-Şəbab" Fatih Terimlə vidalaşıb

Səudiyyə Ərəbistanı Liqasının "Əl-Şəbab" baş məşqçisi Fatih Terimlə vidalaşıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

“Əl-Şəbab”ın baş məşqçisi kimi ümumilikdə 23 matça çıxan Fatih Terim 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyətlə orta hesabla 1,74 xal toplayıb.