"Qarabağ"ın yeni transferi: "Komandanın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Komandanın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm"

Pedro Bikalyo "Qarabağ"ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyir.

"Report" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə klubun mtəbuat xidmətinə danışıb:

O, komandanı daha əvvəl də tanıdığını söyləyib:

"Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq. Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik. "Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.

P.Bikayo hədəflərinə də toxunub:

“Mənim üçün yeni klub yeni çağırışdır. Komandaya tez uyğunlaşmağa və bir parçasına çevrilməyə çalısacağam. Çempionlar Liqası həyəcanı yaşayacağım “Qarabağ”ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Burada daha da inkişaf etmək imkanından yararlanacağam. Böyük hədəfləri olan komandaya qoşulmuşam. Komandamızın yeni mövsümdə də hədəfləri eynidir. Məqsədimiz əvvəlki illərdə olduğu kimi avrokuboklarda uğurlu nəticələr qazanmaq və ölkəni layiqincə təmsil etməkdir. Daxili yarışlarda da liderliyimizi qorumaq üçün çalışacağıq. Azərbaycanda futbolun inkişaf etdiyini bilirəm. Həm Avropada, həm də Premyer Liqa və ölkə kubokunda güclü rəqiblərimiz olacaq. Azarkeşlərimizi növbəti titullarla sevindirmək üçün mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

Futbol
"Liverpul" Qakponu transfer edib

"Liverpul" Qakponu transfer edib

Futbol
Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Futbol
Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Futbol
“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib