Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

"Baş məşqçilik karyeramı bərpa edə bilərəm".

"Report"un məlumatına görə, bunu Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim italiyalı məşhur jurnalist Canluka Di Marzionun saytına müsahibəsində deyib.

69 yaşlı mütəxəssis yaxşı təklif və layihə ilə işləməyə hazır olduğunu bildirib: "Digər şeylər məni maraqlandırmır".

Təcrübəli baş məşqçi argentinalı Lionel Messini dünya futbolunda bir nömrəli oyumçu hesab etdiyini söyləyib: "Dieqo Maradona böyük futbolçu idi. Ronaldu da çox güclüdür, amma mən Messini bəyənirəm. O, istəsə, meydanda hər şeyi edə bilər".

Fatih Terim Türkiyədə fəaliyyət göstərən italiyalı həmkarlarından da söz açıb: "Ən yaxşı işi Vinçentso Montella ortaya qoyub. O, buna davam edəcək. Andrea Pirlo və Françesko Fariolini də bəyənirəm".

Mütəxəssis hazırda İtaliya A Seriyasında "Napoli"yə azarkeşlik etdiyini vurğulayıb: "Baş məşqçi Luçano Spaletti mənim dostumdur. Ona böyük hörmətim var. Komandası bu il çox güclüdür. Florensiya mənim ikinci evimdir, "Milan"da da işləmişəm. Amma "Napoli"yə azarkeşlik edirəm. İtaliyanın üç komandası UEFA Çempionlar Liqasında yoluna davam edir. Ümid edirəm ki, hansısa İstanbuldakı finala gələr. Bunun "Napoli" olmasını istəyirəm".

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2021-ci illərdə "Qalatasaray"da, 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə Türkiyə millisində işləyib.

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol
Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib