Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

İstanbulun Sarıyer rayonunda şir görünməsi ilə bağlı yayılan məlumatlar İngiltərə mətbuatının da diqqətini çəkib.

QELEBE.AZ xəbər verir ki, İngiltərənin “Daily Mail” nəşri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Qalatasaray” – “Aston Villa” qarşılaşması öncəsi İstanbulda yaşanan hadisəyə geniş yer ayırıb.

Nəşr axtarılan şirin İngiltərə təmsilçisinin səfər oyununu keçirəcəyi “RAMS Park” stadionundan təxminən 16 kilometr aralıda görüldüyünü yazıb.

Məlumata görə, heyvanın İstanbulun şimalındakı meşəlik ərazidə sərbəst dolaşdığı ehtimal olunur. Onun tapılması üçün genişmiqyaslı axtarışlara başlanılıb.

Axtarışlara polis və digər fövqəladə xidmət əməkdaşları da daxil olmaqla 70-ə yaxın şəxs cəlb edilib. Ərazinin yoxlanılması üçün yeddi pilotsuz uçuş aparatından istifadə olunur.

“Daily Mail” hadisəni “Aston Villa”nın “Qalatasaray”la Çempionlar Liqası qarşılaşması öncəsi yaranan qeyri-adi vəziyyət kimi təqdim edib.

Qeyd edək ki, “Qalatasaray” – “Aston Villa” matçı noyabrın 24-də İstanbulun “RAMS Park” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.