"Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır

"Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 27-si saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır. Qiymətlər aşağıdakı kimidir:

- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Qiymətlər belədir:

- Şimal 1, Şimal 2, Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN.

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.