PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq
Portuqaliyanın “Benfika” klubunun futbolçusu Canluka Prestiani PSJ-yə keçməkdən imtina edib.
Apasport.az xəbər verir ki, 20 yaşlı argentinalı vinger ən azı mövsümün sonuna qədər Lissabon təmsilçisində qalmaq niyyətindədir.
Dezire Due və Xviça Kvaratsxeliyanın zədələnməsindən sonra hücum xəttini gücləndirməyi planlaşdıran Paris klubu Prestianini transfer hədəfləri sırasına daxil edib.
Qeyd edək ki, argentinalı futbolçu bu yaxınlarda “Benfika” ilə müqaviləsinin müddətini 2031-ci ilədək uzatmaq barədə razılığa gəlib.

https://qelebe.az//uploads/photo/psj-ye-redd-cavabi-verdi-benfikada-qalacaq.webp