Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

"Oyunçularla söhbət etmişəm, qələbədən başqa nəticə haqqında düşünmürük".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Afinada Yunanıstan yığmasına qarşı keçirəcəkləri dünya çempionatının əsas seçmə mərhələ oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, qarşılaşma öncəsi komandada əhval-ruhiyyə yaxşıdır: "Fikrimcə, Bakıda Polşa ilə matçda vacib qələbə qazandıq. Sadəcə, uşaqlarda yol yorğunluğu var. Görüşün olacağı arenada ilk məsqimizi keçirdik".

O, çox diqqətli oynamalı olduqlarını söyləyib: "Çünki oyun bizim qədər rəqib üçün də vacibdir. Məncə, bu duel Yunanıstan üçün növbəti mərhələyə yüksəlmək baxımından bəlkə də son şans olacaq. Ona görə onlar maksimum güc sərf edib, qələbə qazanmağa çalışacaqlar. Onlar 3 xal qazansalar, qrupda hər kəsin xalı bərabər olacaq. Məğlub olsalar, çox cüzi şansları qalacaq".

Alesionun sözlərinə görə, heyətlə bağlı müəyyən dəyişiklik olacaq: "Felipinyonun cəzası başa çatıb və o, artıq meydana çıxa biləcək. Amma Fineo De Araujo bu dəfə bizə kömək edə bilməyəcək. Onun zədəsi var. Bakıdakı matça həkimin köməyi ilə çıxmışdı. Bu dəfə qərara gəldik ki, risk etməsin”.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək qarşılaşma saat Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Futbol
Messi qol sayında Ronaldoya çatıb

Messi qol sayında Ronaldoya çatıb

Futbol
İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Futbol
Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb

Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb

Futbol
"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

Futbol
Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"