Vaqif Sadıqov: “Sabah” Azərbaycan Kubokunun finalında motivasiya baxımından "Qarabağ"dan üstündür"

Vaqif Sadıqov: “Sabah” Azərbaycan Kubokunun finalında motivasiya baxımından "Qarabağ"dan üstündür"

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Kubokunun “Qarabağ” və “Sabah” arasında keçirləcək final matçında komandaların şanslarını bərabər hesab edib.

Mütəxəssis bunu “QELEBE.AZ”a açıqlamasında bildirib.

O, futbolsevərləri maraqlı və gərgin oyun gözlədiyini söyləyib:

“Kubokda həmişə şanslar bərabər olur. Baxmayaraq ki, hər komandanın öz üstünlükləri var. Bilirik ki, “Qarabağ”ın öz oyun tərzi var. Çempionluğu bir neçə tur əvvəldən təmin ediblər. Hazırda "qızıl dubl"a imza atmaq istəyirlər. Unutmayaq ki, “Sabah” da ilki gerçəkləşdirmək üçün meydana çıxacaq. Bizi sona qədər gərgin və maraqlı oyun gözləyir”.

V.Sadıqov “Sabah”ın motivasiyalı, “Qarabağ”ın isə təcrübəli olduğunu vurğulayıb:

“Proqnozlar kağız üzərində qalacaq. “Sabah” motivasiya baxımından üstündür. “Qarabağ” isə təcrübəli komandadır. Fikrimcə, hər iki komandanın futbolçuları bu görüşü səbirsizliklə gözləyirlər. Güclü qalib gəlsin və Avropada bizi layiqincə təmsil etsin. Hər iki komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı mayın 31-də, saat 19:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək.

Futbol
Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edib

PSJ Messiyə yeni müqavilə təklif edib

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Futbol
Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

Futbol
"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"