Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb.

"Report" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirib.

"Qarabağ"da çıxış edən təcrübəli oyunçunun sözlərinə görə, 66 yaşlı baş məşqçi ona boyunun balaca olduğunu və həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini söyləyib: "Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək".

Qeyd edək ki, Canni De Byazi Qara Qarayevi Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməyib.

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

Futbol
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Futbol
"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

Futbol
Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Futbol
Tomas Bax koronavirusa yoluxub

Tomas Bax koronavirusa yoluxub

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub