"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb.

Bakı Şəhər Halqasından APA-ya verilən xəbərə görə, ötən illər ilə müqayisədə rekord rəqəmlər qeydə alınıb.

Bildirilib ki, 2023-cü il "Formula 1" Azərbaycan Qran Prisinə erkən bilet satışına 15 dekabr tarixindən start verilib: "Artıq ötən bir sutka ərzində bilet satışının göstəriciləri ötən ilə müqayisədə iki dəfə yüksək olmaqla son 6 mövsümün rekord həddinə yüksəlib. 28-30 aprel tarixlərində paytaxt Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırki nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır. İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi “early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir".

Qeyd edilib ki, biletləri BȘH-nin rəsmi veb səhifəsindən www.bakucitycircuit.com və ya "28 Mall", "Gənclik Mall", Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıt yerli satış məntəqələrindən əldə etmək mümkündür.

Xatırladaq ki, yeddinci dəfə Bakıda təşkil olunacaq Qran-pri gələn il aprelin 28-30-da keçiriləcək. Yarış çərçivəsində ilk dəfə sprint yarışı da baş tutacaq.

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO