"Neftçi" Tovuz səfərində - YENİLƏNİR

"Neftçi" Tovuz səfərində - YENİLƏNİR

Misli Premyer Liqasında XXXIV turun oyunları davam edir. 

QELEBE.AZ xəbər verir ki, günün ikinci görüşü Tovuzda baş tutacaq. 

"Turan Tovuz" doğma meydanda "Neftçi"ni qəbul edəcək. 

Qarşılaşma saat 19:30-da start götürəcək. 

Qeyd edək ki, günün ilk oyununda autsayder "Səbail" "Zirə" ilə qarşılaşacaq. 

Misli Premyer Liqası
XXXIV tur

10 may

19:30 "Turan Tovuz" – "Neftçi"
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu