Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

“Maraqlı, həyəcanlı oyun oldu. Ardıcıl iki məğlubiyyətdən sonra komandanı toparlamaq bir az çətin idi. Taktikada da dəyişiklik eləmişdim. Yaxşı mübarizə apardıq, döyüşdük. Azarkeşlərin sevinci bizim üçün hər şeydir. Hər iki komanda üçün layiqli nəticə elə heç-heçə idi”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçi Tərlan Əhmədov “Sabah”la 2:2 hesablı bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Çalışdırıcı qarşılaşmada komandanın hər iki qolunun müəllifi olan nigeriyalı futbolçu Abdullahi Şuaybunun oyununu yüksək qiymətləndirib: “Şuaybu bir müddət əvvəl zədə aldı, oyununda geriləmə oldu. O, aqressivliyi ilə və rəqib müdafiəçiləri təzyiq altında saxlamaqla Azərbaycanda bir nömrədir. Yaradıcılığı o qədər yüksək olmasa da, qol duyumu yaxşıdır. Hələ cavandır, onunla kimlərinsə maraqlanması normaldır. Artıq eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”.

O, əsas komandadan uzaqlaşdırılan Əfran İsmayılovun mətbuata açıqlaması zamanı haqqında səsləndirdiyi sərt fikirlərə də münasibət bildirib: “Əfran İsmayılov, Elvin Yunuszadə kimi oyunçular komandaya xeyir verə bilmədiyi üçün mən də gəncləşdirmə siyasəti aparıram. “Kəpəz”ə, Azərbaycan futboluna yeni nəsil gəlməlidir. Əfran İsmayılov müsahibəsində haqqımda nə deyibsə, Allahı bilsin, özü bilsin”.

Əhmədov əlavə edib ki, yaşlı futbolçularla yolları ayırmaqda məqsədləri yerli gənclərə yol açmaqdır: “Bəzi futbolçuların əsas heyətdən göndərilməsinin altında heç nə dayanmır. Gəncə futbolun beşiyidir. Sonuncu dəfə nə vaxt “Kəpəz”in futbolçusu əsas millidə oynayıb? Mahmud Qurbanovdan sonra Gəncə futbolundan Azərbaycan yığmasına yollanan olub? Mahmud Qurbanov da 10 ildən çoxdur ki, futbolçu karyerasını bitirib. Bu gün bütün fikrimiz Gəncə futbolunun yetirmələrinə üstünlük vermək, onları üzə çıxarmaqdır. Xüsusən də, U-21 yığmasına namizəd oyunçularımızın üzərində işləyirik”.

51 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində bir neçə oyunçu ilə vidalaşacaqlar: “Siyahı artıq rəhbərliyə verilib. Heyətə cəlb olunacaq futbolçularla yeni komanda formalaşdıracağıq. Rəhbərliyə də yazılı surətdə müraciət etmişəm ki, güclü rəqiblərlə ayaqlaşacaq heyət qurmaq üçün gənclərə ehtiyacımız var. Yerli futbolçularla yanaşı, bir neçə əcnəbi futbolçu da gətirəcəyik. Xüsusən də, hücum xəttinə, müdafiənin və yarımmüdafiənin mərkəzinə həm yerli, həm də əcnəbi futbolçular axtarışındayıq”.

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

Futbol
"Qarabağ" - "Qəbələ" matçının hakimləri bəlli olub

"Qarabağ" - "Qəbələ" matçının hakimləri bəlli olub

Futbol
"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

Futbol
PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

Futbol
2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

Futbol
İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol
"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb