Azərbaycanda keçiriləcək III MDB Oyunlarından əvvəl Gəncədə veteran futbolçular arasında turnir təşkil olunacaq

Azərbaycanda keçiriləcək III MDB Oyunlarından əvvəl Gəncədə veteran futbolçular arasında turnir təşkil olunacaq.

Bu barədə “QELEBE.AZ”a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O, turnirdə bir neçə komandanın iştirakının nəzərdə tutulduğunu bildirib:

“Sentyabrda Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gənclər və idman naziri Fərid Qayıbov bu yarışdan öncə veteran futbolçular arasında beynəlxalq turnir təşkil etməyimizi istədi. Nazir təşkilatçılıqla bağlı bizə dəstək göstəriləcəyini bildirdi. Yarışda 8 komandanın iştirakını nəzərdə tutmuşuq. Bununla bağlı siyahı hazırlamışıq və reqlamenti müəyyənləşdirməyə başlamışıq. Turniri iyunda Gəncədə keçirmək istəyirik. Artıq Belarus, Gürcüstan və Rusiya razılıq verib. Türkiyənin veteran futbolçularını da dəvət etmək niyyətindəyik. Bu məsələlərdə AFFA-nın yeni rəhbərliyi də bizə dəstək göstərir”.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Gəncə şəhər stadionunda tablo problemi: "Fors-major hallarda cərimə nəzərdə tutulmur"

"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Serxio Buskets milli karyerasını bitirib

Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"