Samboçumuz finalda məğlub olub
Kiprin Limassol şəhərində sambo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan komandası hesabına 1 gümüş medal yazdırıb.
Adil Adilzadə (88 kq) finalda Sergey Ryabova (FIAS) məğlub olub.
Bu, komandamızın ikinci medalıdır. Bundan əvvəl Elvin Bağırov (64 kq) bürünc medal qazanaraq fərqlənib.

https://qelebe.az//uploads/photo/sambochumuz-finalda-meglub-olub.webp