Millimizin rəqibi bəlli oldu

Millimizin rəqibi bəlli oldu

Bu gün Monteneqroda start götürən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışlarının növbəti püşkatması keçirilib.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan yığması 1/8 finalda Gürcüstanla üz-üzə gələcək.

Komanda yarışları aprelin 27-də təşkil olunacaq.

Qeyd edək ki, dünən baş tutan püşkatma zamanı yarış təlimatları qaydaları pozulduğuna görə nəticələr ləğv olunmuşdu.