Rza Cəfərov Avropa klublarının hədəfində - EKSKLÜZİV
“Neftçi”də ayrılıq yaşana bilər.
Belə ki, komandanın qapıçısı Rza Cəfərov Avropa klublarının diqqətini çəkib.
Apasport.az saytına verilən məlumata görə, 21 yaşlı qolkiperlə yaxından maraqlanan klublar əsasən polşadandır.
Ekstraklassada mübarizə aparan komandalar yayda Rza uğrunda mübarizə aparacaq.
Milli komandamızın da üzvü olan Rzanın ölkə xaricinə yollanıb-yollanmayacağı mövsüm başa çatdıqdan sonra dəqiqləşəcək.
Qeyd edək ki, o, 2021-ci ildən “Neftçi”nin əsas komandasında çıxış edir.

https://qelebe.az//uploads/photo/rza-ceferov-avropa-klublarinin-hedefinde-ekskluziv.webp