İki komanda liqadan kənarlaşdırılıb
AFFA U-10 liqasında mübarizə aparan "Lokomotiv" və "Kürdəmir" komandaları yarışdan kənarlaşdırılıblar.
QELEBE.AZ xəbər verir ki, AFFA İntizam Komitəsi bugünkü iclasında belə qərara gəlib.
U-10 liqasında keçirilməli olan "Lokomotiv" (Ucar)- "Şamaxı" oyunu "Lokomotiv"in təyin edilən vaxtda meydanda olmadığı üçün keçirilməyib. Ona görə "Lokomotiv"ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığına görə sözügedən komanda yarışdan kənarlaşdırılıb.
"Kürdəmir" isə "Çinar"la matçda təyin edilən vaxtda meydanda olmadığı eyni şəkildə cəzalandırılıb.

https://qelebe.az//uploads/photo/iki-komanda-liqadan-kenarlashdirilib.webp