“Neftçi”nin üzvü Monteneqro millisinə dəvət alıb
"Neftçi"nin futbolçusu Edvin Kuç Monteneqro milli komandasına dəvət alıb.
QELEBE.AZ xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.

https://qelebe.az//uploads/photo/neftchinin-uzvu-monteneqro-millisine-devet-alib.webp