"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar"

Bunu "QELEBE.AZ"a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov azarkeşlərin sosial şəbəkələrdə Ağdam təmsilçisinin Təbrizin “Traktor” klubu ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib.

O, 5-10 il öncə bu tipli təkliflərə ehtiyatla yanaşıldığını bildirib: "Artıq buna münbit zəmin yaranıb. Türk dövlətlərinin birliyi günbəgün möhkəmlənir, inkişaf edir. Futbol əlaqələri daha da genişlənməli, idman mədəni əlaqələrin möhkəmlənməsinə öz töhvəsini verməlidir. Qonşu ölkədə daxili siyasi böhranın, qarşıdurma, etirazların olduğu vaxtda belə bir görüşün baş tutması inandırıcı deyil. İran rejimi, Moskvada "Neftçi"nin qorxusundan meydandan qaçan "Pünik"lə Tehranda "dostluq" görüşünün keçirilməsinə razılıq verər. Ümumilikdə isə futbolun siyasətə qarışmasının tərəfdarı deyiləm. Futbol milyonları öz ətrafında birləşdirən böyük qüvvədir! Belə məsələlər həssaslıq tələb edir və emosiyalara yol verilməməlidir. Futbol - yaşıl meydanlara, tribunalara sülh, birlik, bərabərlik, əminamanlıq gətirməlidir".

Süleymanov mövzu ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlərin səsləndirildiyini söyləyib: "FIFA, UEFA-nın bəlli qanunları var və bu tipli oyunlar beynəlxalq status daşıyır, klubların istəyi ilə yanaşı milli federasiyaların rəsmi razılığı əsasında keçirilir. Hətta hazırlıq dönəmlərində müxtəlif ölkə klubları arasında yoxlama oyunları yerli federasiyaların daimi nəzarəti altında baş tutur, konfederasiyalar məlumatlı olur".

"Neftçi" klubunun sabiq vitse-prezidenti mövzunun yeni olmadığını və bununla bağlı istəklərin hər zaman olduğunu diqqətə çatdırıb: "2013/2014 mövsümündə "Traktor"un o vaxtkı nümayəndələri ilə danışıqlarımız olub, Bakı və Təbrizdə iki dostluq matçının keçirilməsini rəsmi məktublar vasitəsilə bildirmişik. Bilirsiniz ki, rəhmətlik Böyükağa Hacıyev Təbriz klublarında baş məşqçilik etmişdi və gözəl əlaqələri var idi. Qonşu ölkədə futbol sistemi idarəçiliyi fərqlidir, klublar təmsil etdikləri bölgə federasiyalarının nəzarətindədirlər. Təbriz nümayəndələri ilə telefon danışıqlarımızdan sonra onlara da rəsmi məktublar ünvanlamışdıq. "Neftçi"dən getməyimizdən sonra proses davam etdirilmədi. Belə məsələlərdə futbolla yanaşı milli ruh, vətən sevgisi, qardaşlıq tellərinin dərk edilməsi böyük rol oynayır. "Neftçi", "Rubin", Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan komandalarının iştirakı ilə hər il Antalya hazırlıq dönəmində iki qrupdan ibarət 8 komandalı turnirlərin keçirilməsi ideyasını irəli sürmüşük. Onsuz da zaman-zaman rəsmi oyunlar, turnirlər, yoxlama matçlarında "Fənərbaxça", "Beşiktaş", "Qalatasaray", "Paxtakor", "Rubin", "Traktor" və digər klublarla qarşılaşılır.

"Köhlən atlar" 10 il əvvəl Türkiyədəki yoldaşlıq oyununda "Traktor"a 1:0 hesabı ilə qalib gəlib.

Həmin dönəmdə "köhlən atlar"ın heyətində Təbriz klubuna qarşı meydana çıxan Rauf Əliyev də xatirələrini bölüşüb: "Həmin görüşdən uzun müddət keçib. Amma Ankaradakı oyunda hər iki tərəfin bir-birinə olan xoş münasibətlərini yaxşı xatırlayıram. İstər biz, istərsə də onlar çox mehriban idilər. İki klub birlikdə xatirə şəkli də çəkdirdik. Həmin vaxt normal yoldaşlıq matçı idi. Düzü, elə də çox nüans xatırlamıram. Təbriz klubunun işçilərinin xoş münasibəti yadımdadır. Onlar da azərbaycanca danışırdılar, çox mehriban idilər".

Hazırda "Kəpəz" klubunun formasını geyinə hücumçu növbəti mümkün görüşlə bağlı danışıb: "Mən də dünən mətbuatda oxudum ki, "Qarabağ" yenidən "Traktor"la yoldaşlıq qarşılaşması keçirə bilər. Məncə, bu, çox yaxşı olar. Belkə də komandanın avrokuboklardakı matçı qədər stadionda azarkeş olacaq. Bu matç futbolsevərlər tərəfindən də maraqla qarşılanar.

Ankaradakı görüşdə "Qarabağ"ın formasını geyinmiş Əfran İsmayılov da "Traktor"la matçlarının yetəri qədər maraqlı alındığını diqqətə çatdırıb: "Artıq 10 il keçib. Rəqib futbolçularla xatirə şəkli çəkdirib söhbətləşmişdik. Normal yoldaşlıq görüşü keçdi. Dilləri bizimlə eyni idi. Meydanda da mehribanlıq var idi. Öz aramızda söhbət etdik. Adətən bizim komandalarımız İran təmsilçiləri ilə oynamırlar. Çünki sərt və aqressiv oyuna üstünlük verirlər. Onlardan uzaq qaçırıq. Amma "Traktor" başqadır. Onlara yaxın və mehribanıq. Həmin qarşılaşmadan da xoş münasibətlərlə ayrılmışdıq. İndi də bu komandaların qarşılaşması maraqlı olar. Düşünürəm ki, belə qarşılaşmanın gerçəkləşməsi azarkeşlər üçün də maraqlıdır".

Qeyd edək ki, sosial şəbəkələrdə futbol azarkeşləri Təbrizin "Traktor" və Ağdamın "Qarabağ" komandaları arasında dostluq görüşü keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüblər.

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

Futbol
“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi

Futbol
"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

Futbol
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır