Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Qurban Qurbanov: "Əsl kubok matçı idi"

“Bəlkə sönük oyun kimi görmək olardı. Amma əsl kubok matçı idi. Hər iki komanda qalib gəlmək istəyirdi”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin yaxşı çıxış etdiyini bildirib: “Qəbələ” qələbəyə layiq oynadı. Maraqlı oyun alındı. Qalib gələ bilərdik. Amma son dəqiqələrdə ehtiyatsızlıqdan qol buraxdıq. Qəbələdəki oyun buradakından da baxımlı alına bilər”.

O, eyni komandaya qarşı ardıcıl 3 oyun keçirməyin futbolçular üçün xoş hal olmadığını söyləyib: “Bəzi illərdə belə hallar olub. Buna məcburuq. Belə görüşlərdə diqqətli olmalısan. Hər oyunda əvvəlkindən daha istəkli olmalısan”.

Çalışdırıcı matça gəlməyən “İmarət” fan-klubunun yoxluğunu hiss etdiklərini sözlərinə əlavə edib: "Meydandakı oyun futbola bənzəmirdi. İlk dəqiqələrdən oyun ab-havası yox idi. Amma get-gedə hamı aktivləşdi. İstərdik ki, azarkeşlər həmişə stadionda olsunlar. Ümumiyyətlə, “Neftçi” ilə görüşdə baş verənlər ilk dəfədir olmur. Polis işçiləri ilə azarkeşlər arasında qarşıdurmalar olub. Yazılı olmasa da, şifahi şəkildə maraqlanmışıq. Azarkeşləri küsdürmək olmaz. Onlarsız futbol maraqlı olmur. Bizim azarkeşlərlə münasibətimiz həmişə yaxşı olub.

Düzdür, bizə aid olmayan məsələdir. Ancaq həmişə onların yanındayıq. Öz oyunumuzla, nəticələrimizlə azarkeşləri sevindirmək istəyirik”.

O, braziliyalı yarımmüdafiəçi Kadi Borqesin Polşa yığmasına dəvət olunub-olunmaması məsələsinə də münasibət bildirib: “Kadi ilə bağlı kluba rəsmi heç bir məlumat gəlməyib. Buna adi söz kimi baxıram. Rəsmi təklif gələrsə, ətraflı danışmaq olar”.

Baş məşqçi müdafiəçi Abbas Hüseynovun zədəsini tam sağaltdığını qeyd edib: “Abbas sabahdan kollektivlə tam şəkildə məşqlərə başlayacaq. Qarşıdakı oyunlarda tam sağlam olması gözlənilir”.

Qeyd edək ki, cavab görüşü dekabrın 19-da keçiriləcək.

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
Türkiyə klubuna transfer qadağası qoyulub

Türkiyə klubuna transfer qadağası qoyulub

Futbol
"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyada iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyada iştiraka görə saxlanılıb

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb