"Kəpəz"in legioneri: "Qərb derbisi mənim üçün prinsipiallıq daşımır"

"Kəpəz"in legioneri: "Qərb derbisi mənim üçün prinsipiallıq daşımır"

Qərb derbisi mənim üçün prinsipiallıq daşımır.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"a qarşı keçirəcəkləri oyun barədə danışıb:

"Ötən mövsümü rəqib komandanın heyətində oynamışam. Qərb derbisi mənim üçün prinsipiallıq daşımır. Növbəti çempionat oyunudur. Düzdür, əzəli rəqabəti nəzərə alaraq matçın prinsipial olduğunu deyə bilərik. Meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.

Braziliyalı hücumçu hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqlar üzərində çalışdıqlarını bildirib:

“Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidir. Oyuna yaxşı hazırlaşmaq üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbinin məsuliyyətini anlayırıq”.

Qeyd edək ki, "Turan Tovuz" - "Kəpəz" matçı oktyabrın 25-də, saat 19:00-da başlayacaq.

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

Futbol
Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Futbol
"Qarabağ" avrokuboklarda ən az qol buraxan komandaların siyahısında yer alıb

"Qarabağ" avrokuboklarda ən az qol buraxan komandaların siyahısında yer alıb

Futbol
İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Futbol
Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
Argentinada bütün oyunlar təxirə salınıb

Argentinada bütün oyunlar təxirə salınıb

Futbol
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Futbol
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər