Gimnastımızdan Nankində bürünc medal
Azərbaycan gimnastı Ammar Baxşalıyev batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Çinin Nankin şəhərində keçirilən yarışda təmsilçimiz fərdi proqramda uğurlu çıxış edib.
Baxşalıyev təsnifat mərhələsində 54,850 xal toplayaraq altıncı pillədən finala yüksəlib. Həlledici mərhələdə isə 55,450 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi qazanıb.
Qeyd edək ki, Ammar Baxşalıyev gənclər arasında dünya çempionatında fərdi proqramda medal qazanan ilk azərbaycanlı batut gimnastı kimi tarixə düşüb.

https://qelebe.az//uploads/photo/gimnastimizdan-nankinde-burunc-medal.webp