Siril Qeyn Coş Hokiti məğlub edərək çempionluq titulunu qorudu

Siril Qeyn Coş Hokiti məğlub edərək çempionluq titulunu qorudu

Fransalı MMA döyüşçüsü Siril Qeyn UFC-nin ağır çəki dərəcəsində çempionluq titulunu qoruyub.

Apasport.az xəbər verir ki, 36 yaşlı idmançı UFC 334 turnirinin əsas döyüşündə amerikalı Coş Hokitlə üz-üzə gəlib.

ABŞ-nin Nyu-York şəhərində keçirilən qarşılaşma beş raund davam edib.

Gərgin mübarizənin yekununda Qeyn hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hər üç hakim döyüşü 48:47 hesabı ilə fransalının xeyrinə qiymətləndirib.

Coş Hokit peşəkar MMA karyerasında ilk məğlubiyyətini yaşayıb.