Yığmamız Şimali İrlandiyaya məğlub oldu

Yığmamız Şimali İrlandiyaya məğlub oldu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, Emin Mustafayevin rəhbərlik etdiyi komanda səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi 2026/2027 mövsümü üzrə Avropa çempionatının I seçmə raundunda ilk oyununda Almaniyaya 0:7 hesabı ilə uduzub.