Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi hazırlığın ikinci mərhələsində İraq komandası ilə 2 yoldaşlıq matçı keçirəcək.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
İlk görüş noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da saat 19:00-da başlanacaq. Komandalar arasında ikinci oyun noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millisi hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycanin-u-20-millisi-2-yoldashliq-oyunu-kechirecek.webp