İspaniyanın məğlubiyyətsizlik seriyası başa çatdı - ÖZ MEYDANINDA
İspaniya millisi UEFA Millətlər Liqasının VI turunda öz meydanında İngiltərəyə 2:3 hesabı ilə məğlub olub.
QELEBE.AZ xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komandanın 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.
İspanlar sonuncu dəfə 2024-cü ilin martında Kolumbiya ilə yoldaşlıq görüşündə (0:1) uduzmuşdular.
Həmin vaxtdan bəri komanda 34 qələbə qazanıb, 9 dəfə heç-heçə edib.

https://qelebe.az//uploads/photo/ispaniyanin-meglubiyyetsizlik-seriyasi-basha-chatdi-oz-meydaninda.webp