“İmarət” 17 yaşını “Qarabağ”la birgə QEYD ETDİ - VİDEO

“İmarət” 17 yaşını “Qarabağ”la birgə QEYD ETDİ - VİDEO

“Qarabağ”ın azarkeş qrupu “İmarət”in yaranmasının 17-ci ildönümü qeyd olunub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, yubiley münasibətilə Ağdam təmsilçisinin üzvləri azarkeş qrupu ilə bir araya gəliblər.

Tədbirdə komandanın baş məşqçisi Qurban Qurbanov, həmçinin futbolçular Kadi Borges, Cəlal Muaddib, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev və Zəkəriyə Savo iştirak edərək azarkeşləri təbrik ediblər.

Qeyd edək ki, “İmarət” azarkeş qrupu 2009-cu il noyabrın 19-da yaradılıb.