Qelebə.az / İspaniyanın məğlubiyyətsizlik seriyası başa çatdı - ÖZ MEYDANINDA

İspaniyanın məğlubiyyətsizlik seriyası başa çatdı - ÖZ MEYDANINDA

Bu gün, 02:10

İspaniya millisi UEFA Millətlər Liqasının VI turunda öz meydanında İngiltərəyə 2:3 hesabı ilə məğlub olub.

QELEBE.AZ xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komandanın 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.

İspanlar sonuncu dəfə 2024-cü ilin martında Kolumbiya ilə yoldaşlıq görüşündə (0:1) uduzmuşdular.

Həmin vaxtdan bəri komanda 34 qələbə qazanıb, 9 dəfə heç-heçə edib.

Geri qayıt